Musiqi

4 bacının yaratdığı qrup haqqında

"Giləvo”, "Kinənim, kinənim”, "Tolışə kinə”, "Tı çımı dilbər” bu sözlər talış dilində sevimli mahnıların adlarıdır. Lənkəran Separadi kəndində 4 bacının yaratdığı "Nənələr” qrupu bu mahnıların yaşaması üçün çalışır. Qrupun üzvü Gülbəzər Kərimovanın anası və xalalarının yaratdığı bu qrupu, bu gün yaşadanlardandır. Onun sözlərinə görə, qrupun yaranma tarixi bəlli deyil, təxmini bilirik ki, 55 ildən çoxdur qrup fəaliyyət göstərir: "Anamın atası müharibəyə gedənə qədər 4 qızına talış mahnılarını öyrədib. Onlar da illərdir bu mahnıları yaşadırlar. Toylara, tədbirlərə gedirlər, təxminən 40 ildir ki, efirə çıxırlar. İlk dəfə qrup 4 bacı və onların qohumlarından iki nəfərlə birlikdə yaradılıb”.

Həmin bacılar dünyasını dəyişib, indi qrupda onları qızları əvəz edir. Xanbacı və Qızbəs nənə qrupun ən yaşlı üzvləridir. İndi də qrupda 6 üzv var, amma say arta bilər. Bunun üçün də qrup üzvləri öz yaxın qız, gəlinlərinə öyrədirlər. Bu vaxta qədər qrup üzvləri yalnız qohumlar olub, sənətin sirləri nəsildən-nəslə ötürülüb. İndi də qrup üzvləri hamısı bacı, xala, əmi qızlarıdır. Bununla yanaşı nənələr bağçaların birində də balaca qızlardan ibarət qrupa mahnıları öyrədirlər. Əsasən qədim mahnılar oxuyurlar, qrupun yaşlı üzvləri özləri mahnı qoşurlar. Lənkərana gələn hər bir xarici telekanalların hazırladıqları materialda mütləq nənələrə yer ayrılır. Qrupda ən balaca nənənin 48 yaşı var, o da anasını əvəz edir. İndi qrupda iki bacı, iki bacıqızı, ikisi də qardaş yoldaşıdır.

"Nənələr" qrupunun ilk adı "Bacılar” olub. Bacılar qocalandan sonra Lənkərandakı tədbirlərin birində Heydər Əliyev onları dinləyəndə qrupun adının Nənələr kimi əvəzlənməsini deyib. Ondan sonra qrupun adı dəyişib.

Bu gün qrup üzvləri əsasən gününü ev, təsərrüfat işləri ilə keçirirlər. Bekar olanda nənələr zəngləşib bir yerə toplaşıb, məşq edirlər. Talış dili ilə yanaşı, Azərbaycan, ingilis dilində də mahnı oxuyurlar. Qrupun qazancı isə toylardandır. Kəndlə yanaşı, rayon, hətta Bakıda da toylara gəlirlər.

Talışların mədəniyyətlərini yaşatdıqları Astara və Lənkəran rayonlarında Talış folklor qrupları, Talış mədəniyyət mərkəzləri var.

Publika.az saytından götürülüb

Talış nənələr

Nənələr talış folklor ansamblı "Bivəfa dağlar"

Baloğlan Əşrəfov "Zəngi yarım"

Baloğlan Əşrəfov "Zengi yarım"

Baloğlan Əşrəfov "Bağda bir bülbül"

Baloğlan Əşrəfov "Boğədə qıləy bılbıl"

Cavad Rəcəbov "Lənkəran"

Cavad Recebov - Lenkeran | Джавад Раджабов Ленкорань | Official music

İsrail Məmmədov "Mənim Talış dilim"

TOLIŞƏ ZIVON İSRAİL MƏMMƏDOV.wmv

"İran təranələri" rəqsi

Sirus Tolış "İlk məhəbbət"

Talış mahnısı Талышская песня: "Imina mahabbat" Sirus Tolish

Hadi Hamidi "Gül açılıb bahardır"

Talish mahnisi.Талышская песня: "Vil oma baharina" Hadi Hamidi

Thumbnail image

Your encouragement is valuable to us

Your stories help make websites like this possible.